Tiflisdən Kiyevə Saakaşvili müraciəti

Tiflisdən Kiyevə Saakaşvili müraciəti

Ukrayna hakimiyyətinə Mixail Saakaşvilini heç bir vəzifəyə təyin etməməyi məsləhət görürük.

Bunu "Maestro" televiziyasına müsahibəsində Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze deyib.

"Ukrayna bizim tarixi dostumuzdur. Saakaşvilinin Ukraynaya qayıtması ölkələr arasındakı münasibətlərə təsir etməməlidir. Ukraynalı dostlarımıza məsləhət görərdim ki, Saakaşviliyə heç bir vəzifə verməsinlər. Biz əvvəlki dövrlərdə belə qərarın qəbulunun nə ilə nəticələndiyini bilirik", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31