Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını qaytardı

Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını qaytardı

Ukraynanın prezidenti Vladimir Zelenski yeni əmri ilə Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvilini Ukrayna vətəndaşlığına qaytarıb.

Qeyd edilən sənəd bu gün Ukrayna dövlət başçısının saytında yer alıb. 

"Ukraynanın prezidentinin 2017-ci il 26 iyul tarixli 196 nömrəli qərarına dəyişikliklər edilsin və Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığına dair müddəalar aradan qaldırılsın" - deyə əmrdə bildirilir.

Qeyd edək ki, Gürcüstan və Ukrayna siyasətçisi  2017-ci ilin iyul ayında  Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilib.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31