Avstriya prezidenti hökuməti istefaya göndərib
Avstriya prezidenti hökuməti istefaya göndərib
28 May 2019 16:19 DünyaAvstriya prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurzun hökumətini istefaya göndərib.
Keçid hökuməti formalaşdırılana kimi köhnə hökumət öz vəzifələrini yerinə yetirməyə davam edəcək.
Bildirilir ki, prezident həmçinin maliyyə naziri və vitse-kansler Hartviq Löqerə müvəqqəti olaraq kansler vəzifəsini yerinə yetirməyi tapşırıb. Buna səbəb istefaya göndərilən Kurzun vəzifəni müvəqqəti olaraq yerinə yetirməkdən imtina etməsidir.
Qeyd edək ki, ötən gün Avstriya parlamentinin aşağı palatası kansler Sebastyan Kurzun başçılıq etdiyi hökumətə etimadsızlıqla bağlı səsvermə keçirib. Deputatların əksəriyyəti etimadsızlıq votumunun leyhinə səs verib.
ona
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31