Şotlandiya Britaniyadan ayrılır – Baş nazirdən şok açıqlama

Şotlandiya Britaniyadan ayrılır – Baş nazirdən şok açıqlama

Şotlandiya Baş naziri Nikola Sturgeon ölkəsinin müstəqilliyi üçün 2020-ci ilin ikinci yarısında referendumun keçirilməsi çağırışını edib.

Teleqraf.com xəbər verir ki, baş nazir budəfəki referendumun Şotlandiyaya müstəqillik qazandıracağına inandığını bildirib.

"İnanıram ki, budəfəki referendum Şotlandiyaya müstəqillik qazandıracaq. Şotlandiya İrlandiya kimi müstəqil ölkə olacaq", - deyə Sturgeon vurğulayıb.

Nikola Sturgeonun sözlərinə görə, müstəqillik referendumunu nəzərdə tutan qanun layihəsi mayın 29-da Şotlandiya parlamentində müzakirəyə çıxarılacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31