Ərdoğan müğənnini qapıdan qovdurdu - İntim fotolara görə
Ərdoğan müğənnini qapıdan qovdurdu - İntim fotolara görə
28 May 2019 12:41 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi iftar yeməyinə dəvət edilməyən müğənni Mustafa Cecelinin məclisə qatılmaq istədiyi, amma qapıdan geri qaytarıldığı iddia edilib.
Ərdoğanın Dolmabahçe sarayında verdiyi iftara ölkənin bir çox məşhur siması qatılıb.
Mustafa Ceceli isə iftara dəvət edilməyənlər arasında olub. Məlumata görə, o, iftara qatılmaq istəsə də, adının siyahıda olmadığı bildirilərək qapıdan geri qaytarılıb.
Qeyd edilib ki, sənətçi həyat yoldaşından boşandıqdan sonra baş verənlərə görə iftara dəvət edilməyib.
Əlavə edək ki, Mustafa Ceceli boşandığı həyat yoldaşının intim fotolarını yayımlamaqla gündəmə gəlmişdi.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31