Paşinyanın arvadı oğlunun Qarabağdan qaçırılmasından danışdı
Paşinyanın arvadı oğlunun Qarabağdan qaçırılmasından danışdı
27 May 2019 15:03 DünyaAşot Paşinyan özünün hərbçi dostlarıyla İrəvana təlimə gəlib və tezliklə Qarabağa qayıdacaq.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib.
"Bu, ilk hal deyil. Bizim oğlumuz digər əsgərlər kimi xidmət edir, onun xidməti digərlərindən fərqlənmir", - deyə o bildirib.
Akopyan oğlunun İrəvana gəldikdən sonra qanuna uyğun olaraq evdə bir gün keçirdiyini deyib.
Qeyd edək ki, Nikol Paşinyanın Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində hərbi xidmət keçən oğlunun baş nazirin Qarabağ klanı ilə münasibətlərinin kəskinləşməsi səbəbindən Ermənistandakı hərbi hissəyə aparıldığı haqda erməni mediası məlumat yaymışdı.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31