Tramp imperatorun qonağı oldu
Tramp imperatorun qonağı oldu
27 May 2019 14:51 DünyaABŞ prezidenti Donald Tramp Yaponiyanın yeni imperatoru Naruhito ilə görüşüb.
Prezident həyat yoldaşı Melaniya Trampla birlikdə impertora qonaq olub.
Paytaxt Tokioda yerləşən İmperator sarayında baş tutan görüşdə imperatriçə Masako da iştirak edib.
Toplantıda iki ölkə arasındakı diplomatik münasibətlərin əhəmiyyəti vurğulanıb. Liderlər görüşdən sonra bir-birilərinə müxtəlif hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, Tramp ailəsinin səfəri 4 günlük nəzərdə tutulub.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31