Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı sui-qəsdin üstü açılıb
Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı sui-qəsdin üstü açılıb
24 May 2019 18:52 DünyaMayın əvvəllində Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinərək saxlanan qrupun bəzi üzvləri Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı da hücum planlaşdırıblar.
Saxlanan şəxslərdən birinin telefonunda bu şübhəyə əsas verən faktlar aşkarlanıb.
Belə ki, saxlanan beş nəfərdən birinin telefonunda keçmiş prezidentin Strazburqda bir kitab mağazasında və müxtəlif ictimai tədbirlərdə çəkilən fotoları aşkar olunub. Bu fotolar qrupunun digər üzvlərinə də göndərilib.
Yazışmalarında Fransua Ollandı Suriyada baş verən hadisələrin əsas səbəbkarı hesab edən şəxs onu "maraqlı hədəf" adlandırıb.
ona
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31