İrəvanda istefalar dayanmır: General da istefaya getdi
İrəvanda istefalar dayanmır: General da istefaya getdi
24 May 2019 17:04 DünyaErmənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini general-leytenant Arzuman Arutyunyan istefaya gedib.
Onun istefa ərizəsi artıq Ermənistan Prezidenti Armen Sərkisyan tərəfindən imzalanıb.
Qeyd edək ki, Arutyunyan bu vəzifəyə Paşinyan hakimiyyətə gəldikdən sonra təyin edilmişdi.
Arzuman Arutyunyandan az öncə qardaşı Qagik Arutyunyan Ali Məhkəmə Şurasının sədri vəzifəsindən istefaya getmişdi.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31