“Dəniz” kod adlı terrorçu Türkiyədə həbs edildi
“Dəniz” kod adlı terrorçu Türkiyədə həbs edildi
24 May 2019 15:58 DünyaTürkiyədə İnterpol xətti ilə axtarışda olan və başına 1 milyon 500 min türk lirəsi mükafat qoyulan "Dəniz" kod adlı terrorçu Ümid Əmrah Köşə həbs edilib.
Türkiyə Daxili İşlər Nazirliyi terrorçunun həbsini təsdiq edib.
Ümid Əmrah Köşə MLKP terror təşkilatının üzvü olub. Onu Mersin polisi yaxalayıb.
Məlumata görə, Köşə Suriya və İraqın şimalında terror təşkilatı mənsublarına sobataj, bomba hazırlama, silahdan istifadə etmə ilə bağlı hazırlıq keçib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31