“Huawei” bütün dünyanı aldadır

“Huawei” bütün dünyanı aldadır

"Huawei" şirkəti Çin Kommunist Partiyası ilə sıx əlaqəlidir".
Bu fikri ABŞ dövlət katibi Mayk Pompeo "CNBC" kanalına müsahibəsi zamanı deyib.

Olaylar.az bildirir ki, Pompeo sözlərində bu əlaqələrin mövcudluğunun ABŞ-a məxsus məlumatları təhlükə altında qoyduğunu deyib: "Çin hökuməti ilə əməkdaşlıq etməmək yanlış bəyanatdır. Huawei-ın rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır".

ABŞ dövlət katibi bildirib  ki, bir çox şirkətlər Huawei şirkəti ilə  əməkdaşlığı dayandıracaq. Dövlət Departamenti çalışır ki, hər kəs təhlükəni anlasın.

Qeyd edək  ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla "qara siyahı"dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə məxsus texnologiyalardan istifadə edə bilməyəcəyini açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31