Türkiyə ABŞ-ın tələbini yerinə yetirməyə davam edəcək
Türkiyə ABŞ-ın tələbini yerinə yetirməyə davam edəcək
24 May 2019 13:13 DünyaTürkiyə may ayından etibarən İran neftinin idxalını dayandırıb.
Olaylar.az bildirir ki, Türkiyə ABŞ-ın İslam Respublikasından neft idxalını dayandırılmasına dair tələbini yerinə yetirməyə davam edəcək.
Bu barədə "Reuters" agentliyi Türkiyənin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat verib.
"Hal-hazırda biz İrandan neft almırıq. Biz bu sanksiyalardan azad olan səkkiz ölkədən biri idik, indi isə biz də onlara riayət etməyə hazırıq", - deyə vəzifəli şəxs vurğulayıb.
"Reuters" agentliyi qeyd edir ki, Ankara ABŞ-ın İrana münasibətdə sanksiya siyasəti ilərazılaşmadığını bildirib.
"Biz sanksiyalara inanmırıq, amma strateji tərəfdaş olaraq ABŞ-ın qərarına hörmət edirik. Biz düşünürük ki, təcridçilik siyasəti heç bir nəticə verməyəcək".