Rusiya bu silahların tətbiqinə qarşı çıxdı
Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya terrorçuluğa qarşı mübarizədə pilotsuz təyyarələrdən istifadəni tənqid edib.
24 May 2019 10:05 DünyaRusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya terrorçuluğa qarşı mübarizədə pilotsuz təyyarələrdən istifadəni tənqid edib.
Rusiyalı diplomat bu silahların tətbiqiylə bağlı narahatlığını BMT Təhlükəsizlik Şurasında çıxışında dilə gətirib.
Onun sözlərinə görə, belə aparatlar üzərində nəzarətlə bağlı çətinliklər dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olur.
Qeyd edək ki, ABŞ və onun Əfqanıstan üzrə müttəfiqləri terrorçularla mübarizədə pilotsuz zərbə təyyarələrindən aktiv istifadə edir. Dronların tətbiqi dinc sakinlərin tez-tez həlak olmasına gətirib çıxarır. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31