Kremlə xüsusi qurğular satan şəxs Rusiyadan qaçdı
Kremlə xüsusi qurğular satan şəxs Rusiyadan qaçdı
23 May 2019 17:07 DünyaRusiyanın "Kaskad" şirkətinin sahibi Çingiz Aqaronov qiyabi olaraq həbs edilib.
Bu məlumatı RBK yayıb.
Məlumata görə, hərbçilərə rüşvət verməkdə ittiham olunan Aqaronov beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, Aqaronov həm Rusiya, həm də İsrail vətəndaşıdır. Onun şirkəti Rusiya Müdafiə Nazirliyi və Kreml üçün xüsusi əlaqə qurğularının tədarükçüsü olub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31