London Meyin istefasını təkzib etdi
London Meyin istefasını təkzib etdi
23 May 2019 16:29 DünyaBöyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın iyunun əvvəlində Londona planlaşdırılan səfəri zamanı vəzifəsini icra edəcək.
Olaylar.az bildirir ki, bu fikirləri Britaniyanın Xarici işlər naziri Ceremi Hant söyləyib.
Bu barədə TASS məlumat verib.
Qeyd edək ki, "The Times" qəzetinin məlumatına görə, Tereza Mey sabah istefasını elan edəcək. Donald Tramp 3-5 iyunda kraliça II Yelizavetanın dəvəti ilə Böyük Britaniyaya səfər edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31