Gəzən robotlar bağlamaları çatdıracaq
ABŞ-ın "Agility Robotics" startapı bağlamaların çatdırılması üçün "Digit" adlı yeriyən robotlar yaradıb.
23 May 2019 13:22 DünyaABŞ-ın "Agility Robotics" startapı bağlamaların çatdırılması üçün "Digit" adlı yeriyən robotlar yaradıb.
Olaylar.az bildirir ki, 2020-ci ildən yeni kuryerlərin sınaqlarına başlamaq planlaşdırılır.
"Ferra" resursunda verilən məlumata görə, robotlar şəhərdə ABŞ-ın "Ford" istehsalçısı tərəfindən təqdim ediləcək avtonom avtomobillərlə hərəkət edəcəklər.
"Digit" robotları 18 kq ağırlığında yükqaldırma qabiliyyətinə malikdirlər. Onlar məsafəölçən və stereokameralarla təchiz edilib.
"Digit" robotlarının hazırlanmasına 8,8 milyon dollar cəlb edilib.
Yayın əvvəlində startap tərəfindən robotların ikinci nəslinin təqdim edilməsi planlaşdırılır. 2021-ci ilədək isə ildə 50-100 robotun buraxılacağı gözlənilir.