Qadın akrobat sirkdə faciəvi şəkildə öldü
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində fəaliyyət göstərən bir əyləncə mərkəzinin həyətində quraşdırılan sirk çadırında faciə baş verib.
Olaylar.az bildirir ki, məşq zamanı 3 akrobat 12 metr hündürlükdən yıxılıb.
Onlardan 37 yaşlı kolumbiyalı Angeliqe Suarez yerindəcə həlak olub. Digər iki akrobat isə ağır yaralanıb.