Rusiya açıqladı: Tramp-Putin görüşü baş tutacaq
Rusiya açıqladı: Tramp-Putin görüşü baş tutacaq
22 May 2019 17:52 DünyaRusiya və ABŞ prezidentlərinin görüşü üçün imkanlar mövcuddur, görünür dövlət başçıları arasında danışıqlar baş tutacaq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkovun sözlərinə görə, Rusiya hələlik görüşün hansı formatda baş tutması ilə bağlı ABŞ tərəfindən konkret təkliflər almayıb.
"ABŞ tərəfinin irəli sürdüyü təşəbbüs hələlik konkretləşdirilməyib", - Ryabkov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31