1 kq çəkisində sikkə buraxılıb
22 May 2019 15:40 DünyaQazaxıstanda 1 kq çəkisində sikkə buraxılıb.
Olaylar.az bildirir ki, Qazaxıstanın Milli Bankının mətbuat xidmətindən verilən məlumata görə, sikkələr kolleksiya qiymətinə uyğun olaraq satışa çıxarılır və Qazaxıstan Milli Bankının dövlət, rus və ingilis dillərində bir sıra keyfiyyət sertifikatı ilə təmin olunur.
Xatirə sikkələri Avrasiya İqtisadi Birliyinin beş illik yubileyi şərəfinə buraxılıb.
50 min tengə nominalında və 1 kq çəkisində olan sikkələrin tirajı cəmi 20 ədəd təşkil edib. Satışa 500 təngə nominalında olan 500 ədəd qızıl və 1500 gümüş sikkə buraxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31