Yaponiya istehlak vergisini artırır - İşgüzar əhval-ruhiyyə aşağı düşüb
Yaponiya istehlak vergisini artırır - İşgüzar əhval-ruhiyyə aşağı düşüb
22 May 2019 11:50 DünyaYaponiyada işgüzar əhval-ruhiyyə göstəricilərinin aşağı düşdüyü elan olunub.
Olaylar.az bildirir ki, Yaponiya bu səbəbdən istehlak verigisini artırır.
Yaponiyanın maliyyə naziri açıqlamasında qeyd edib ki, hökumət bu ilin oktyabr ayında istehlak vergisinin dərəcəsini indiki 8 faizdən 10 faizə qaldırmaq niyyətindədir. Lakin verginin dərəcəsinin artırılmasının daxili tələbatı aşağı sala biləcəyindən ehtiyatlanırıq.
İqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Seko isə bəyan edib ki, daxili tələbatın əsaslandığı əsas amillərin hamısı dayanıqlıdır. Ümumilikdə Yaponiyada məşğulluq və əməkhaqqı daim artmaqdadır. Korporasiyaların gəlirləri isə yüksəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31