Tramp namizədliyi üçün $8,8 mln. xərcləyib

Tramp namizədliyi üçün $8,8 mln. xərcləyib

ABŞ Prezidenti Tramp seçkiqabağı təşviqat kampaniyası üçün 2019-cu ildən etibarən facebook-da 5,6 milyon dollardan, google-da isə 3,2 milyon dollardan çox vəsait sərf edib.
Olaylar.az bildirir ki, Tramp Demokratlar Partiyasından namizəd olmaq istəyən rəqiblərindən daha çox pul xərcləyib.
Bu barədə "TASS" məlumat verib.
Bu sıralamada Massaçusetts ştatının senatoru Elizabet Uarren "facebook"-da 1,1 milyon, "google"-da 417 min, Kaliforniya senatoru Kamala Harris isə "facebook"-da 1,1 milyondan bir qədər az, "google"-da 419 min dollarından keçib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31