Ukrayna parlamenti buraxıldı
Ukrayna parlamenti buraxıldı
21 May 2019 21:13 DünyaAli Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.
Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.
Müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.
Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.
Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.
Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31