Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı
21 May 2019 17:54 DünyaParlamentin buraxılmasına səbəb ukraynalıların ona etimad göstərməməsidir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.
Onun sözlərinə görə, hazırda parlamentin vətəndaşlar arasında etimad göstəricisi 4 faizə bərabərdir.
"Bu, parlamentin fəaliyyətinə verilən qiymət və onun səlahiyyətlərinə son qoymaq üçün ən tutarlı arqumentdir", - Zelenski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31