Rusiya təyyarəsi qəza enişi etdi – Tehranda
Rusiya təyyarəsi qəza enişi etdi –Tehranda
21 May 2019 17:04 DünyaRusiya təyyarəsi Tehranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.
Bunu İranın Mülki Aviyasiya Təşkilatının ictimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.
R.Cəfərzadənin sözlərinə görə, Rusiyanın BAE125 xüsusi reaktiv təyyarəsi Mehrabad hava limanında enişdən sonra zolaqdan çıxıb.
Təyyarədə 6 ekipaj və sərnişin olub. Hadisədə xəsarət alan olmayıb.
Təyyarənin eniş zolağından çıxmasının səbəbi açıqlanmayıb. /Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31