Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili
Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili
21 May 2019 16:32 DünyaGürcüstanda qələbə çox yaxındır.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
"Hazırda enerjik fəaliyyətlər lazımdır. İndi dayanmamalıyıq. Hazırda irəliyə getmək və bir-birimizi qısqanmamaq gərəkdir.
İndi qapanmaq və bir-birimizə nəzarət etmək zamanı deyil, cəbhəni genişləndirmək zamanıdır. Kabinetlərdən çıxmalı və bütün küçələri tutmaq lazımdır. Xalq hiss etməlidir ki, biz İvanişvili kimi insanlardan öz məqsədlərimiz naminə istifadə etmirik", - deyə o bildirib.
O, İvanişvilinin qeyri-rəsmi idarəçiliyi ləğv edilməyənə qədər ölkədə normal seçkilər keçirməyin mümkün olmayacağını deyib.
Saakaşvili İvanişviliyə qarşı ilk böyük dalğa yaranan kimi Gürcüstana qayıdacağını söyləyib.