Məşhur şirkət ABŞ-ı hədələdi: Gücümüzü bilmirlər

Məşhur şirkət ABŞ-ı hədələdi: Gücümüzü bilmirlər

ABŞ "Huavei"in gücünü dəyərləndirmir.

Axar.az xəbər verir ki, bunu Çin mətbuatına açıqlamasında "Huavei" şirkətinin təsisçisi Jen Çjenfey deyib.

"Biz ABŞ tərəfindən real nəzarəti bir il öncədən hiss edirdik. ABŞ siyasətçiləri özlərinin hazırkı fəaliyyətləri ilə "Huavei"in gücünü dəyərləndirmirlər", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə "Huavei" şirkətini qara siyahıya daxil edib. Vaşinqton həmçinin öz şirkətlərinin bu kompaniya ilə biznes əlaqələri qurmasına qadağa qoyub.

Quql da "Huavei" ilə əməkdaşlığını dayandırdığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31