Eyfel qülləsi bağlandı
Eyfel qülləsi bağlandı
20 May 2019 22:01 DünyaParisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.
Teleqraf.com-un məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.
Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.
Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.
Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31