Məhkəmə Koçaryanla bağlı qərar verdi
Məhkəmə Koçaryanla bağlı qərar verdi
20 May 2019 21:55 DünyaErmənistanda birinci instansiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini dayandırıb və onu Konstitusiya Məhkəməsinə göndərib.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Koçaryanın vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib.
"Məhkəmə Koçaryan və qalan fiqurantlarin cinayət işini dayandırıb və işi Konstitusiya Məhkəməsinə göndərib", - Arakelyan deyib.
Onun sözlərinə görə, qərarın hansı əsaslarla qəbul edildiyi hələlik məlum deyil.
Qeyd edək ki, Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31