Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış: 3 nəfər ölüb, 4-ü yaralanıb
Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış: 3 nəfər ölüb, 4-ü yaralanıb
20 May 2019 18:01 DünyaMoskva ətrafında Serpuxov rayonunda yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.
Bildirilib ki, hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.
Hadisə yerində əməliyyat xidməti araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31