Kıvançın arvadının restoranına hücum olundu
Kıvançın arvadının restoranına hücum olundu
20 May 2019 17:35 DünyaTürkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub.
Səhər saatlarında məkana gələn biri restoranın qarşısında qışqırmağa, qapını yumruqlamağa başlayıb. O, daha sonra işçiləri hədələməyə başlayıb.
Restoranın işçiləri isə polisə xəbər verib. Hadisə yerinə gələn polislər həmin adamın 28 yaşlı Sinan A. adlı şəxs olduğunu ortaya çıxarıb. Sinan ifadəsində onu tərk edən sevgilisinin Başakın rəfiqəsi olduğunu, məkana onunla danışmaq üçün gəldiyini deyib.
Hadisədən xəbərdar olan Kıvanç və Başak həmin şəxsi prokurorluğa şikayət edib. Məsələ ilə bağlı cinayət işi açılıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31