Tramp Hillari Klintona söz atdı - "Əgər o, prezident olsaydı..."

Tramp Hillari Klintona söz atdı - "Əgər o, prezident olsaydı..."

"Əgər Hillari Klinton prezident olsaydı, indi Çin bizdən daha yaxşı vəziyyətdə olardı".

Bu sözləri ABŞ prezidenti Donald Tramp "Fox News" kanalına verdiyi açıqlamada deyib.

O, Çinlə ABŞ arasındakı "ticarət müharibəsindən" məmnun qaldığını və vəzifədə olduğu müddətdə Çinin super güc olmayacağını deyib.

"Milyardlarla dollar qazanc əldə edirik, ancaq Çinin vəziyyəti bizim qədər yaxşı deyil, iqtisadiyyatı zəifdir. Bizim iqtisadiyyatımız isə fantastik vəziyyətdədir. Onlar indi bizə heç yaxınlaşa da bilməzlər. Mən prezident olduğum müddətdə Çin heç vaxt super güc olmayacaq".

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31