Ukraynanın müdafiə naziri istefa verdi: “Şərəfimiz var”

Ukraynanın müdafiə naziri istefa verdi: “Şərəfimiz var”

Ukrayna Müdafiə Nazirliyinin başçısı Stepan Poltorak istefaya getdiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı ölkənin yeni prezidenti Vladimir Zelenskiyə ərizə yazdığını bildirib.

"Şərəfimiz var", - deyə nazir "Feysbuk" səhifəsində yazıb.

S.Poltorak, həmçinin bəyanatının mətnini sosial şəbəkə hesabı vasitəsilə ictimailəşdirib.

Zelenski məmurlara səslənib - Kabinetlərdə övladlarınızın şəkillərini asın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31