Futbolçu və azarkeşlərin olduğu qayıqda faciə: 30 ölü
Futbolçu və azarkeşlərin olduğu qayıqda faciə: 30 ölü
20 May 2019 13:48 DünyaUqandada faciə baş verib.
Albert çayında futbolçu və azarkeşləri aparan qayıq batıb.
Nəticədə 30 nəfər ölüb.
Hadisə şahidlərinin sözlərinə görə, qayıqda 50-dən çox sərnişin olub. Buna görə tələfatın böyüyəcəyi ehtimal edilir. Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbilə hadisə yerinə vaxtında gedə bilməyib.
Hadisənin şiddətli külək səbəbilə baş verdiyi bildirilir.
Hadisə yerindən 10 nəfər sağ xilas edilib, ölən 30 nəfərin cəsədi sudan çıxarılıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31