İranın yeganə bankının lisenziyası ləğv edildi
İranın yeganə bankının lisenziyası ləğv edildi
20 May 2019 13:28 DünyaƏfqanıstan Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən yeganə İran bankının əməliyyat lisenziyasını ləğv edib.
Olaylar.az bildirir ki, buna səbəb "Arian Bank"ın yerli hökumətin təlimatlarına əməl etməməsi olub.
Əfqanıstan Mərkəzi Bankının bəyanatına istinadən "Khaama Press" agentliyində məlumat verilib.
Məlumata görə, buna başqa bir səbəb isə İran bankının ölkənin iqtisadi inkişafına heç bir töhfə verməməsidir.
"Arian Bank" Əfqanıstanda 2004-cü ildən fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31