Türkiyə XİN-in 249 əməkdaşı saxlanıldı
20 May 2019 12:55 DünyaTürkiyə polisi Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyində əməliyyat keçirib. "Habertürk" xəbər verir ki, əməliyyat zamanı nazirliyin 249 əməkdaşı saxlanılıb. Məlumata görə, onlar 2010, 2011, 2012 və 2013-cü illərdə terror təşkilatı üzvlərinin XİN-də keçirilən imtahanlardan uğurla keçməsi üçün şərait yaradıblar.
Saxlanılan şəxslərlə bağlı Ankara Polis İdarəsində araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31