Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...
Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...
20 May 2019 12:19 DünyaFransada daha bir qadağa qüvvəyə minib.
Publika.az xəbər verir ki, hicablı qadınların ibtidai sinifdə təhsil alan övladlarının məktəb gəzintisinə getməsi qadağan olunub.
Qərar Fransa Senatı tərəfindən təsdiq edilib. Qanun layihəsi Senata məktəblərin daha təhlükəsiz olması iddiası ilə təqdim olunub. Qanunda bildirilib ki, şagirdlərin anaları gəzintilərə qatılarkən müvəqqəti ictimai vəzifəli şəxs hesab olunur. Buna görə də onun üzərində hər hansı dini işarə olmamalıdır.
Fransanın Təhsil naziri Yan-Miçel Blanker də qanun layihəsini dəstəklədiyini deyib.
Məsələ ilə bağlı açıqlama verən sosialist vəkillər isə mövzunun hüquqdan çox siyasi olduğunu qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31