Erməni hakimi pəncərədən itələyib yıxdılar - Foto
Erməni hakimi pəncərədən itələyib yıxdılar - Foto
20 May 2019 11:43 DünyaErmənistandakı bugünkü aksiyanın ilk anları maraqlı görüntü ilə yadda qalıb.
İrəvanın Şenqavit rayonunda məhkəmənin giriş və çıxışlarının bağlanmasından sonra məhkəmə hakimlərindən biri olan David Balayan iş yerinə pəncərədən daxil olmağa çalışıb.
Onun bu cəhdini görən etirazçılar buna imkan verməyiblər və hakimi itələyərək yerə yıxıblar.
Qeyd edək ki, bu gün Baş nazir Nikol Paşinyanın çağırışı ilə əhali Köçəryanın azadlığa buraxılmasına etiraz olaraq məhkəmə binalarına giriş-çıxışları bağlayır.
axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31