Afrikada Arnold Şvarseneggerə hücum edildi
Afrikada Arnold Şvarseneggerə hücum edildi
18 May 2019 20:28 DünyaTanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib.
Hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib.
Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.
Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.
Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib.
Daha əvvəl Rusiyalı qrossmeyster Sergey Karyakin aktyor Arnold Şvarseneggerə çempionatda istifadə ediləcək analoji şahmat dəstini hədiyyə edib./report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31