Meyin istefasından sonra baş nazir o ola bilər
Britaniya Baş naziri Tereza Meyin istefasından sonra Britaniya baş naziri postuna əsas namizəd Boris Conson olacaq.
18 May 2019 16:13 DünyaBritaniya Baş naziri Tereza Meyin istefasından sonra Britaniya baş naziri postuna əsas namizəd Boris Conson olacaq.
Bu nəticə "YouGov" şirkətinin Konservativ Partiyasının üzvləri arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Məlumata görə, hazırda Consonu baş nazir olaraq görmək istəyənlərin sayı sorğu iştirakçılarının 39%-ni təşkil edib. Ondan sonrakı yerdə Breksti Məsələləri üzrə eks-nazir Dominik Raab qərarlaşıb. Növbəti yerləri Ətraf Mühit naziri Maykl Qouv (9%), DİN rəhbəri Sacid Cavid (9%), Xarici İşlər naziri Ceremi Hant (8%) tutublar.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31