Rumıniyada silah zavodunda partlayış baş verib
Rumıniyada silah zavodunda partlayış baş verib
17 May 2019 18:39 DünyaRumıniyanın Vilça şəhərində yerləşən silah zavodunda partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Hadisə silahların utilizasiya sexində baş verib. Qəflətən hərbi sursatlardan biri partlaması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarət alıblar. Hadisə yerinə fövqəladə hallar qurumunun əməkdaşları və təcili tibbi yardım helikopteri gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31