Ukraynadan Misirə uçan təyyarədə bomba həyəcanı...
Ukraynadan Misirə uçan təyyarədə bomba həyəcanı...
17 May 2019 18:29 DünyaOdessada enən təyyarə bir neçə saat mütəxəssislər tərəfindən yoxlanılıb
Ukraynadan Misirə turistləri aparan "Wind Rose" aviaşirkətinə məxsus təyyarə bomba xəbərdarlığına görə Odessa şəhərində təcili eniş edib.
İnsident Kiyev-Şarm-əl-Şeyx reysini həyata keçirən "Airbus A 321-231" təyyarəsinin göyərtəsində baş verib.
Göyərtədə partlayıcı qurğunun tapılması barədə anonim məlumatdan sonra ekipaj üzvü məcburi eniş tələb edib.
Odessada enən təyyarə bir neçə saat mütəxəssislər tərəfindən yoxlanılıb. Göyərtədə hər hansı təhlükəli əşya tapılmayıb, təyyarə ilk təyin edilmiş yerə uçub.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31