İndoneziyada 154 məhbus həbsxananı yandırıb qaçdı
İndoneziyada 154 məhbus həbsxananı yandırıb qaçdı
17 May 2019 17:49 Dünyaİndoneziyanın Şimali Sumatra əyalətində yerləşən həbsxanadan 154 məhbus qaçıb.
Axar.az xəbər verir ki, bu barədə yerli "Antara" agentliyi informasiya yayıb.
Məlumata görə, əyalətdəki "Lanqkat" həbsxanasında məhbuslardan birində narkotik maddə tapılması ilə başlayan gərginlik sonda onların həbsxana binasını yandırması ilə nəticələnib.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində məhbusların əksəriyyəti yaxalanıb, 51 məhbusu isə hələlik tapmaq mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31