Avropa İttifaqı 3 ölkəni “qara siyahı”dan çıxarıb
Avropa İttifaqı 3 ölkəni “qara siyahı”dan çıxarıb
17 May 2019 17:22 DünyaAvropa İttifaqı vergi sahəsində əməkdaşlıq etməyən ölkələrlə bağlı "qara siyahı"dan 3 dövlətin adını çıxarıb.
Aruba, Barbados və Bermuda adaları "qara siyahı"dan çıxarılan ölkələr olub.
Qeyd edək ki, siyahıda Amerika Samoası, Quam, Samoa, Trinidad, Tobaqo, ABŞ-ın Vircin adaları, BƏƏ, Marşal adaları, Beliz, Fici, Oman, Vanuatu və Dominika yer alıb.
Xatırladaq ki, çoxlu sayda şirkət və şəxslərin ofşor hesablardan istifadə edərək vergidən yayınması ortaya çıxdıqdan sonra, Aİ 2017-ci ildə siyahı hazırlayıb. Siyahının hazırlanmasında məqsəd vergidən yayınma hallarına qarşı mübarizə olub. Siyahı hazırlanan ərəfədə müxtəlif ölkələrin vergi sistemləri araşdırılmağa başlanılıb.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31