ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”…
ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”…
17 May 2019 12:14 DünyaABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.
Bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun "USNİ News" portalı yayıb. Portal bu gəmilərin "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.
Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines - "MakFaul" və "Qonzalez" daxil olublar. Onların hər birində 90-a yaxın" Tomahavk" və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.
Bundan başqa, BƏƏ sahillərində "Kearsarge" universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb.
"Avraam Linkoln" gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada "Leyte Qalf" raket kreyseri, "Bainbric" esminesinin yerləşdiyi bildirilib.
turkustan