Zelenski Ali Radanı buraxacaq - Razumkov

Zelenski Ali Radanı buraxacaq - Razumkov

Ukraynanın yeni Prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması təşəbbüsü ilə çıxış edəcək.

Bu sözləri Ukraynanın "1+1" kanalındakı "Hakimiyyət hüququ" proqramında çıxışı zamanı Zelenskinin müşaviri Dmitri Razumkov deyib.

"Təbii ki, belə bir təşəbbüslə çıxış edəcək", - Razumkov bildirib.

Onun sözlərinə görə, koalisiyanın mövcud olmaması Ali Radanın buraxılmasının əsas səbəblərindən biri olacaq.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31