Azərbaycan-Türkiyə sərhədində terror? - Tanker partladıldı/ Video
Azərbaycan-Türkiyə sərhədində terror? - Tanker partladıldı/ Video
17 May 2019 11:15 DünyaAzərbaycan-Türkiyə sərhəd xəttində yerləşən Dilucu Sərhəd-Keçid Məntəqəsində partlayış baş verib.
Azərbaycan dövlət qeydiyyat nişanlı yanacaq tankeri anidən yanmağa başlayıb.
Tankerin yanacaq deposu partlayıb və parçaları ətrafa səpələnib. Nəticədə 1 gömrük işçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Alov qısa müddətdə sürətlə ətrafa yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın göndərilib. Bundan sonra alovun söndürülməsinə müvəffəq olunub.
Faktla bağlı istintaq işi açılıb. Araşdırmalar davam edir.
Hadisənin terror aktı olduğu ehtimal edilir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31