"Nyu-Yorkun ondan zəhləsi gedir" - Tramp meri ittiham etdi
"Nyu-Yorkun ondan zəhləsi gedir" - Tramp meri ittiham etdi
16 May 2019 21:30 DünyaABŞ prezidenti Donald Tramp Nyu-Yorkun meri Bill de Blazionu ölkənin "ən pis meri" adlandırıb.
Redaktor.az RT-yə istinadən xəbər verir ki, Donald Tramp bu barədə öz Tvitter hesabında yazıb.
"Nyu-Yorkdan olan Bill de Blazio ölkənin ən pis meri hesab olunur. Bu gün yəqin ki, o, prezidentliyə namizədliyini irəli sürəcək. O, gülüş hədəfidir. Əgər sizin yüksək vergilər,cinayətkarlıq xoşunuza gəlirsə Blazio sizin adamınızdır. Nyu-Yorkun ondan zəhləsi gedir",- deyə Tramp bəyan edib.
Qeyd edək ki, Bill de Blazio 2020-ci ildə keçiriləcək prezident seşkilərində iştirak edəcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31