Tramp Green Card-ı ləğv edir
Tramp Green Card-ı ləğv edir
16 May 2019 17:39 DünyaABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək.
Dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub.
Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən "Green Card" ("Yaşıl Kart") lotoreyasının ləğvi nəzərdə tutulub.
Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi. (baku.ws)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31