ABŞ-da sərnişin qoca kişini avtobusdan yıxaraq öldürdü - VİDEO
ABŞ-da sərnişin qoca kişini avtobusdan yıxaraq öldürdü - VİDEO
16 May 2019 14:09 DünyaABŞ-ın Las-Veqas şəhərində ahıl kişini avtobusdan yıxan qadına qarşı adamöldürmə maddəsilə cinayət işi açılıb
25 yaşlı Kadeşa Bişopun 74 yaşlı qocaya qarşı zor tətbiq etməsi nəticəsində sonuncu hadisə yerində həyatını itirib.
Hadisənin müşahidə kamerasına düşmüş görüntüsü "Liveleak" portalında yayılıb.
Şahidlərin dediyinə görə, cinayətkar avtobusda özünü aqressiv aparıb və sərnişinləri təhqir edib. Qocanın ona reaksiya verməsindən sonra özündən çıxaraq onu çıxışdan aşağıya doğru itələyib. Başı üstdə səkiyə dəyən qoca dərhal dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31