Məşhur reper özünə təyyarə aldı, gündəm oldu
Məşhur reper özünə təyyarə aldı, gündəm oldu
16 May 2019 14:07 DünyaDünya şöhrətli kanadalı ifaçı Dreyk özünə təyyarə alıb.
Oxu.Az xəbər verir ki, 32 yaşlı musiqiçi bu barədə şəxsi "Instagram" və "Twitter" hesabında məlumat paylaşıb.
Dreyk dəyəri 187 milyon dollar olan "Boeing 767" karqo təyyarəsinin dizaynını dəyişərək, özəlləşdirib.
Təyyarənin kirayə dəyəri isə 600-700 min dollar arasında dəyişir.
O, bu qədər bahalı mülk alması ilə dünya mətbuatının gündəminə düşüb.
Qeyd edək ki, "Forbes" dərgisi Dreykin 2018-ci ildə 47 milyon dollar qazandığı barədə məlumat dərc edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31